EN

Macarıstan Azərbaycan iqtisadiyyatına investisiyaları 77% artırıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Macarıstandan Azərbaycan iqtisadiyyatınacəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 80,255 milyonABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 34,92 milyon ABŞ dolları və ya 77% artıb. 2024-cüilin ilk rübündə Macarıstandan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 45,335 milyon ABŞ dollarına bərabərolub.

Hesabat dövründə Azərbaycandan Macarıstanın iqtisadiyyatına 496min ABŞ dolları investisiya yatırılıb ki, bu da, illik müqayisədə88 min ABŞ dolları, yaxud da 15,1% azdır. Ötən ilin birinci rübündəbu məbləğ 584 min ABŞ dolları olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində Macarıstandan yatırılaninvestisiyaların payı 5,3% təşkil edib. Xaricə yatırılaninvestisiyaların payında isə bu ölkə 0,2%-lik yer tutub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Chosen
17
11
az.trend.az

10Sources