EN

Messi tarix yazmağa davam edir

"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də daha bir rekorda imza atıb.

Sitat.info xəbər verir ki, argentinalı hücumçu yarışın tarixində ardıcıl 4 matçda dubl edən ilk futbolçu olub.

Messi bu gün “Nyu İnqland Revoluşn”a qalib gəldikləri oyunda iki qol vurub.

38 yaşlı futbolçunun ümumilikdə MLS-də qol seriyası 5 oyuna çatıb.

Qeyd edək ki, Messi bu mövsüm MLS-də ümumilikdə 15 matçda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

Əlisahib İbrahimli

 

Sitat.info

Chosen
17
1
sitat.info

4Sources