"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də daha bir rekorda imza atıb.
Sitat.info xəbər verir ki, argentinalı hücumçu yarışın tarixində ardıcıl 4 matçda dubl edən ilk futbolçu olub.
Messi bu gün “Nyu İnqland Revoluşn”a qalib gəldikləri oyunda iki qol vurub.
38 yaşlı futbolçunun ümumilikdə MLS-də qol seriyası 5 oyuna çatıb.
Qeyd edək ki, Messi bu mövsüm MLS-də ümumilikdə 15 matçda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli
Sitat.info