AZ

Messi MLS-də tarix yazır

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də daha bir rekorda imza atıb.

QOL.az xəbər verir ki, argentinalı hücumçu yarışın tarixində ardıcıl 4 matçda dubl edən ilk futbolçu olub.

Messi bu gün “Nyu İnqland Revoluşn”a qalib gəldikləri oyunda (2:1) iki qol vurub.

38 yaşlı futbolçu daha əvvəl “Monreal İmpakt” (4:1, 4:2) və “Kolumbus Kru” (5:1) ilə matçlarda iki dəfə fərqlənib. Ümumilikdə Messinin MLS-də qol seriyası 5 oyuna çatıb.

Qeyd edək ki, Messi bu mövsüm MLS-də 15 matçda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.

Seçilən
3
1
teleqraf.com

4Mənbələr