2025-ci il avqustun 1-dən etibarən ABŞ Braziliyadan gələn bütün mallara 50%-lik idxal rüsumunu tətbiq etməyə başlayacaq...
Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən xəbər verir.
“2025-ci il avqustun 1-dən biz Braziliyadan gələn bütün Braziliya mallarına 50% rüsum tətbiq edəcəyik”, deyə məlumatda bildirilir.
Bundan əvvəl Tramp Yaponiya və Cənubi Koreyadan gələn bütün mallara 25% rüsum tətbiq ediləcəyini açıqlamış, bu ölkələrin tarif və qeyri-tarif maneələri nəticəsində yaranan ticarət kəsirlərinə son qoymağın vaxtı çatdığını bildirmişdi.
Poliqon.info