2025-ci il avqustun 1-dən etibarən ABŞ Braziliyadan gələn bütün mallara 50%-lik idxal rüsumunu tətbiq etməyə başlayacaq.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.
“2025-ci il avqustun 1-dən biz Braziliyadan gələn bütün mallara 50% rüsum tətbiq edəcəyik”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Tramp Yaponiya və Cənubi Koreyadan gələn bütün mallara 25% rüsum tətbiq ediləcəyini açıqlamış, bu ölkələrin tarif və qeyri-tarif maneələri nəticəsində yaranan ticarət kəsirlərinə son qoymağın vaxtının çatdığını bildirmişdi.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva isə ölkəsinin ABŞ Prezidenti Donald Trampın bu addımına adekvat cavab veriləcəyini söyləyib.