AZ

Tramp Braziliya mallarına 50 faiz rüsum tətbiq edir

2025-ci il avqustun 1-dən ABŞ Braziliyadan gələn bütün mallara 50% idxal rüsumunu tutmağa başlayacaq.

"Unikal" xəbər verir ki,  bu  barədə ABŞ mətbuatı məlumat dərc edib.

"2025-ci il avqustun 1-dən Braziliyadan gələn bütün Braziliya mallarına 50% rüsum tətbiq edəcəyik", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Tramp Yaponiya və Cənubi Koreyadan gələn bütün mallara 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamış, bu ölkələrin tarif və qeyri-tarif maneələri nəticəsində yaranan ticarət kəsirlərinə son qoymağın vaxtının gəldiyini bildirmişdi.

Seçilən
18
4
unikal.az

5Mənbələr