EN

ABŞ Azərbaycan iqtisadiyyatına investisiyaları 30% dən çox artırıb

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib. Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 10,043 milyon ABŞ dolları və ya 31,2% artıb. 2024-cü ilin ilk rübündə ABŞ-dan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 32,225 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə Azərbaycandan ABŞ-ın iqtisadiyyatına 14,727 milyon ABŞ dolları investisiya yatırılıb ki, bu da, illik müqayisədə 7,466 milyon ABŞ dolları, yaxud da 2 dəfə çoxdur. Ötən ilin birinci rübündə bu məbləğ 7,261 milyon ABŞ dolları olub. Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-dan yatırılan investisiyaların payı 2,8% təşkil edib. Xaricə yatırılan investisiyaların payında isə bu ölkə 4,7%-lik yer tutub. Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
8
azvision.az

10Sources