EN

Azərbaycandan Qazaxıstana və əks istiqamətdə pul köçürmələri azalıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Qazaxıstana fizikişəxslərin pul köçürmələrinin həcmi 1,269 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,439 milyon ABŞdolları və ya 2,1 dəfə azdır. 2024-cü ilin birinci rübündəAzərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi2,708 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Qazaxıstandan Azərbaycana 5,165 milyon ABŞ dollarıhəcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 697 min ABŞdolları, yaxud da 15,8% azalıb. Ötən ilin ilk üç ayında bu məbləğ6,132 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəQazaxıstanın payı 1,1%, xaricdən ölkəyə pul köçürmələrindəQazaxıstanın payı isə 2,3% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Chosen
6
8
az.trend.az

10Sources