AZ

Azərbaycandan Almaniyaya pul köçürmələri artıb, əks istiqamətdə azalıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Almaniyaya fizikişəxslərin pul köçürmələrinin həcmi 4,891 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 174 min ABŞdolları və ya 3,7% çoxdur. 2024-cü ilin birinci rübündəAzərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi4,717 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Almaniyadan Azərbaycana 4,657 milyon ABŞ dollarıhəcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 738 min ABŞdolları, yaxud da 13,7% azalıb. Ötən ilin ilk üç ayında bu məbləğ5,395 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəAlmaniyanın payı 4,3%, xaricdən ölkəyə pul köçürmələrindəAlmaniyanın payı isə 2% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Seçilən
1
8
az.trend.az

10Mənbələr