AZ

Rusiyadan göndərilən pullar azalır NƏ OLACAQ?

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rusiyadan göndərilən pulların azalması bank sektorunda likvidliyin yaranması və yaxud başqa bir formada mənfi təsir etməyəcək. Müəyyən təsiri ola bilər ki, o da çox cüzidir. Bu isə narahatedici məqam deyil. Burada narahatedici məqam əhaliyə gələn pul vəsaitinin azalmasıdır ki, bu da xüsusən rayon və kəndlərdə dövriyyənin aşağı düşməsi deməkdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O, bildirib ki, bu növ valyutalar adətən xırda-xırda məbləğlər olur:

“Rusiyadan ölkəmizə göndərilən valyutalar adətən xırda-xırda məbləğlər olur. Həmin məbləğlər gəldiyində demək olar ki, vətəndaşlar tərəfindən götürülür. Ona görə də, burada banklar sadəcə olaraq həmin məbləğlərdən faydalanan təşkilatlardan daha çox, məbləğlərin köçürülməsindən aldıqları komissiyadan faydalanırlar. Bu isə açığını desək, o qədər böyük bir məbləğ olmurdu və bankların gəlirlərinə ciddi təsir göstərmirdi. Burada sadəcə olaraq, müəyyən bir pul dövriyəsi formalaşırdı. Banklarda bu növ pulların sayı çox idi, amma məbləğlər xırda məbləğlər idi”.  Sezar pizza

Ekspert vurğulayıb ki, əsas təsir isə əhaliyə və pul dövriyəsindədir:

“Həmin pulların azalması bank sektorunda likvidliyin yaranması və yaxud başqa bir formada mənfi təsir etməyəcək. Müəyyən təsiri ola bilər ki, o da çox cüzidir. Bu isə narahatedici məqam deyil. Burada narahatedici məqam əhaliyə gələn pul vəsaitinin azalmasıdır ki, bu da xüsusən rayon və kəndlərdə dövriyyənin aşağı düşməsi deməkdir. Rusiyadan göndərilən pulların həcminin azalmasının bank və maliyyə sisteminə elə bir ciddi təsiri yoxdur. Azalmanın da səbəbləri bəllidir. Hazırda Rusiyada biznes mühiti zəifdir və oradakı miqrantlar daha çox başqa ölkələrə üz tutur yaxud öz ölkələrinə qayıdırlar. Əsas təsir isə əhaliyə və pul dövriyəsindədir”.

Qeyd edək ki, son 3 il ərzində Rusiyadan Azərbaycana edilən pul köçürmələrinin həcmində kəskin azalma özünü göstərir. Statistikaya əsasən, pul köçürmələrinin həcmi 2022-cü ildə 3.6 milyard dollar, 2023-cü 1 milyard 47 milyon dollar, 2024-cü ildə isə 410 milyon dollar təşkil edib. 2025-ci ilin ilk rübündə Azərbaycana Rusiya Federasiyasından fiziki şəxslərin pul köçürmələrinin həcmi 85 milyon 651 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69 milyon 725 min ABŞ dolları və ya 44,9% azalma deməkdir.

Nazim Hacıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
5
yenisabah.az

10Mənbələr