EN

Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox azalıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana fizikişəxslərin pul köçürmələrinin həcmi 7,002 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,643 milyon ABŞdolları və ya 2,1 dəfə azdır. 2024-cü ilin birinci rübündəAzərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi14,645 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Gürcüstandan Azərbaycana 6,740 milyon ABŞ dollarıhəcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 2,520 milyon ABŞdolları, yaxud da 27,2% azdır. Ötən ilin ilk üç ayında bu məbləğ9,260 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəGürcüstanın payı 6,2%, xaricdən ölkəyə pul köçürmələrindəGürcüstanın payı isə 2,9% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Chosen
5
8
az.trend.az

10Sources