AZ

Son iki ildə Rusiyadan Azərbaycana pul köçürmələri 30% dən çox azalıb

ain.az bildirir, Sitat.info portalına istinadən.

2024-cü ilin doqquz ayında Rusiyadan Azərbaycana cəmi 410,7 milyon dollar pul köçürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Dünya Bazarı Araşdırmaları İnstitutunun “Diversifikasiya və Asılılıq Arasında: Azərbaycanın Çoxvektorlu Siyasətinin Məhdudiyyətləri” adlı araşdırmasında qeyd edilir.

2022-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələr rekord həddə - 3,62 milyard dollara çatıb. 2023-cü ildə bu həcm 2,8 dəfə azalaraq 1,048 milyard dollar olub.

2024-cü ilin doqquz ayında Rusiyadan Azərbaycana pul köçürmələr 410,7 milyon dollara düşüb.

Tədqiqatda bildirilir ki, Rusiyanın Azərbaycana ümumi vəsait köçürmələrində payı 2022-ci ildəki 82%-dən 2023-cü ildə 63,3%-ə qədər azalıb. Dünya Bankının hesablamalarına görə, 2022-ci ildə pul köçürmələrinin həcmi Azərbaycanın ÜDM-nin 6%-nə çatsa da, 2024-cü ilə qədər onların payı 0,8-0,9%-ə düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
42
sitat.info

10Mənbələr