EN

Azərbaycan və Birləşmiş Krallıq qarşılıqlı investisiyaları azaldıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Birləşmiş Krallığın Azərbaycaniqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarınınhəcmi 405,727 milyon ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatınainvestisiyalar 37,491 milyon ABŞ dolları və ya 8,5% azalıb. 2024-cüilin ilk rübündə Birləşmiş Krallıqdan Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 443,218 milyon ABŞ dollarına bərabərolub.

Hesabat dövründə Azərbaycandan Birləşmiş Krallığıniqtisadiyyatına 27,815 milyon ABŞ dolları investisiya yatırılıb ki,bu da, illik müqayisədə 3,919 milyon ABŞ dolları, yaxud da 16,4%azdır. Ötən ilin birinci rübündə bu məbləğ 23,896 milyon ABŞdolları olub.

Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmində Birləşmiş Krallıqdan yatırılaninvestisiyaların payı 26,7% təşkil edib. Xaricə yatırılaninvestisiyaların payında isə bu ölkə 8,8%-lik yer tutub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

Chosen
18
2
az.trend.az

10Sources