“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala əməliyyat olunub.
Spotinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Almaniyalı yarımmüdafiəçi klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə (0:2) ciddi zədə alıb.
Fransa təmsilçisinin qapıçısı Canluici Donarumma ilə toqquşmadan sonra ağır zədə alan 22 yaşlı yarımmüdafiəçi meydanı xərəkdə tərk edib.