AZ

"Sabah"ın rəqibi Azərbaycanda problemlə üzləşdi - FOTO

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Çelye” matçından öncə qonaqların açıq məşqi və mətbuat konfransı nəzərdə tutulan vaxtda baş tutmayıb.

Buna səbəb sloveniyalıları gətirən nəqliyyat vasitəsinin tıxacda qalmasıdır.

"Çelye"nin baş məşqçisi Albert Rieranın mətbuat önünə çıxması 18:30 üçün nəzərdə tutulmuşdu.

Yalnız qeyd etdiyimiz vaxtdan təxminən 20 dəqiqə sonra qonaqlar arenaya daxil olub.

"Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
29
49
sportinfo.az

10Mənbələr