AZ

“Sabah”ın rəqibi Bakıya gəldi, özüylə iki media işçisi də gətirdi

"Sele" "Sabah"a qarşı keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan bir gün əvvəl Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, Sloveniya klubu bu gün səhər saatlarında ölkəmizə təşrif buyurub.

Rəqib özüylə bura azarkeş gətirməyib. Yalnız iki media nümayəndəsi qafilədə yer alıb.

“Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
1
10
sportinfo.az

10Mənbələr