EN

Sezar Henrike Dias Santos “Şamaxı”da!

Braziliyanın “Kaşias” klubunun mərkəz müdafiəçisi Sezar Henrike Dias Santos bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. “Kaşias”dan bu yay ayrılmış futbolçu “Şamaxı”ya azad agent kimi qoşulub.

“İtuano”nun yetirməsi olan Sezar Henrike Dias Santos ölkəsində “Brazil Pelotas”ın da formasını geyinib. 2023-cü ildən “Kaşias”da çıxış edən braziliyalı futbolçu bu komandanın heyətində 32 oyuna 1 qol vurub. O, bu ilin əvvəlində “San Xose-SP” komandasında icarədə də olub.

Xatırladaq ki, “Şamaxı” bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau və Karim Rossini də transfer edib.
Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə yeni müqavilə imzalamış əyalət klubu Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov və Vüsal Məsimovla da yollarını ayırıb.

Chosen
82
5
arena.az

6Sources