AZ

Rafil Qafarov “Şamaxı”da!

Premyer Liqada 2025/2026-cı illər mövsümünə hazırlaşan “Şamaxı” heyətini yeni futbolçu – sol cinah müdafiəçisi Rafil Qafarov ilə gücləndirib.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ravil Qafarov “Qəbələ”nin yetirməsidir. Gənc müdafiəçi ötən mövsümün əvvəlindən “Cəbrayıl”da çıxış edirdi.

“Şamaxı” Qafarovdan öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario və Bilal İsmayılovu da heyətinə qatmışdı.

Kamal Bayramov (karyerasını başa vurub), Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov və Səbayıl Bağırov komandanı tərk ediblər.

Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə klubla yeni müqaviləyə imza atıblar.

Seçilən
59
5
arena.az

6Mənbələr