AZ

Rikardo Apolinario “Şamaxı”da

Portuqaliyanın “Unian Santarem” klubunun dayaq yarımmüdafiəçisi Rikardo Apolinario bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirən klub portuqaliyalı futbolçu Rikardo Filipe Verde Apolinarionu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik (1+1) müqavilə imzalanıb.

Xatırladaq ki, Rikardo Apolinario son olaraq Portuqaliyanın “Unian Santarem” klubunda çıxış edib. O, 2023-cü ildən formasını geyindiyi bu klubun forması ilə 30 oyun keçirib, 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Rikardo daha öncə “Alverka” və “Koruşense” kimi klubların da şərəfini qoruyub.

“Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos və David Santosu da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə əyalət klubu ilə yeni müqaviləyə imza atıb.

Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov və Səbayıl Bağırov isə əyalət klubunu tərk ediblər.

Seçilən
74
5
arena.az

6Mənbələr