İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək.

Növbəti gündə isə böyüklər qum üzərində öz bacarıqlarını göstərəcəklər.

Çimərlik Arenasında təşkil ediləcək çempionatda məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.