AZ

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək. Növbəti gündə isə böyüklər qum üzərində ən güclüləri aydınlaşdıracaq.

Çimərlik Arenasında təşkil ediləcək yarışda ilkin görüşlərə 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.

Seçilən
8
11
azertag.az

10Mənbələr