AZ

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək.

Növbəti gündə böyüklər qum üzərində ən güclüləri aydınlaşdıracaq.

Çimərlik Arenasında təşkil ediləcək yarışda ilkin görüşlərə 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.

İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Ruzanna Məmmədova Avropa çempionu olub

Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”

Ruzanna Məmmədova Avropa çempionatının finalında

Günay Qurbanova yenidən Avropa çempionu oldu

Seçilən
2
11
apasport.az

10Mənbələr