EN

“Əl Əhli” Lionel Messini Səudiyyə Ərəbistanına aparmağa çalışır

sport24.az saytına istinadən ain.az xəbər verir.

Səudiyyə Ərəbistanın təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə anlaşması başa çatdıqdan sonra Lionel Messi ilə müqavilə imzalamağı planlaşdırır. Messinin Amerika klubu ilə hazırkı müqaviləsi bu ilin dekabrına qədərdir.

Mənbənin sözlərinə görə, "Əl Əhli" rəhbərliyi artıq bir neçə həftədir ki, argentinalını transferə razı salmağa çalışır. Danışıqların maliyyə detalları açıqlanmır, lakin 2034-cü ildə dünya çempionatına ev sahibliyi edəcək ölkə Messini Pro Liqaya gətirmək üçün əlindən gələni etmək niyyətindədir.

Qeyd edək ki. argentinalı ulduz karyerası ərzində "Barselona" və PSJ-də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
7
sport24.az

10Sources