"Milan" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası fransız müdafiəçi Teo Ernandesin transferi ilə bağlı tam razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, artıq razılaşma imzalanma mərhələsindədir. "Milan" bu keçid müqabilində 25 milyon avro gəlir əldə edəcək. Teo yaxın günlərdə "Əl-Hilal"la rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, ötən mövsüm fransalı futbolçu bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Hazırda onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına görə, 26 yaşlı müdafiəçinin bazar dəyəri 40 milyon avrodur.