EN

"Mançester Yunayted"in yeni HƏDƏFİ

"Botafoqo"nun qapıçısı Con Viktor "Mançester Yunayted"in maraq dairəsinə düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sport Witness" məlumat yayıb.

29 yaşlı braziliyalı futbolçu klublararası dünya çempionatındakı uğurlu çıxışı ilə Mançester təmsilçisinin diqqətini cəlb edib. Onun müqaviləsində xüsusi bənd yer alır ki, bu da klublar arasında danışıqlara ehtiyac qalmadan oyunçu ilə birbaşa razılıq əldə etməyə imkan verir.

Transferin dəqiq məbləği açıqlanmasa da, bəzi məlumatlara görə, bu rəqəm 6.7 milyon avro civarındadır. Digər mənbələr isə bu məbləğin daha yüksək olduğunu bildirir.

Qeyd edək ki, "Botafoqo" klublararası dünya çempionatında 1/8 finaladək irəliləyib və "Palmeyras"a əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Con Viktor turnirdə komandasının keçirdiyi bütün 4 oyunda meydana çıxıb və ümumilikdə 3 qol buraxıb./Qol.az

Chosen
15
50
bakivaxti.az

10Sources