“Napoli” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Neapol klubu PSV-dən Noa Lanqı transfer etməyə yaxındır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Napoli” transfer üçün Niderland klubu ilə 28 milyon avro qarşılığında razılaşıb.
Noa başa çatan mövsümdə 44 oyunda 14 qol vurub, 12 məhsuldar ötürmə edib.