AZ

“Yuventus” 25 yaşlı ingilislə müqavilə bağlayacaq

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Yunayted"in oyunçusu Ceydon Sanço karyerasını "Yuventus"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosisal şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, Turin klubu 25 yaşlı ingilislə müqavilə imzalamağa yaxındır. Klublar arasında danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, Sanço ötən mövsümü icarə əsasında "Çelsi"də keçirib. London klubu onu bu yay tam əsasla "rənglərinə bağlamağı" düşünsə də, son anda fikirindən yayınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
11
sport24.az

10Mənbələr