16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda ikinci oyununu keçirib.
Axar.az xəbər verir ki, Albaniyanın keçirilən yarışda B qrupda yer alan Azərbaycan yığması Andorra komandasına 42:52 hesabı ilə uduzub.
Azərbaycanın millisi ilk oyununda San Marinoya 105:60 hesabı ilə qalib gəlmişdi.
Azərbaycan komandası növbəti görüşünü iyulun 9-da Lüksemburqa qarşı keçirəcək.