Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatının C divizionunda keçirdiyi ikinci oyunda məğlub olub.


Rekord.az xəbər verir ki, komandamız Andorra seçməsi ilə qarşılaşıb.


Görüş rəqibin 52:42 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 B qrupunda növbəti matçını iyulun 9-da Lüksemburq yığmasına qarşı keçirəcək.


Millimiz ilk oyunda San Marinonu 105:60 hesabı ilə məğlub etmişdi.