Bakı. Trend:
16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisiAlbaniyada keçirilən Avropa çempionatının C divizionunda növbətioyununu keçirib.
Trend xəbər verirki, B qrupunda yer alan yığmamız ikinci turda Andorra komandası iləqarşılaşıb və 42:52 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi turnirin ilk oyununda SanMarino üzərində inamlı qələbə qazanaraq 105:60 hesabı ilə üstünolmuşdu.
Növbəti qarşılaşmalarda komandamız iyulun 9-da saat 19:00-daLüksemburq, iyulun 10-da isə saat 23:30-da Cəbəllütariq yığması iləüz-üzə gələcək.