AZ

Azərbaycanın sərbəst millisi Avropa ikincisi oldu

Azərbaycanın sərbəst güləş millisi İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında ikinci olub.

Sportinfo.az xəbər verir ki, komanda qitə birinciliyində 5 medal qazanıb.

Yığmamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb və Avropa ikincisi olub. Gürcüstan (164) birinci, Ukrayna (81) isə üçüncü yeri tutub.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.

Seçilən
11
50
sportinfo.az

10Mənbələr