EN

Binəqədi qəsəbəsində sexdə yanğın olub - YENİLƏNİB 2

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 220kv.m. olan divar kağızı istehsalı sexində baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən bitişik tikilən anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və içərisində olan 2 ədəd dəzgah yanıb.

Sexə bitişik tikilən anbarlar yanğından mühafizə olunub.

***

05:52

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

04:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Chosen
19
50
apa.az

10Sources