“Neftçi” yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.
Viral.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın Mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.
Son Yazılar:
- “Neftçi” növbəti transferini rəsmiləşdirdi
- Ərdoğan “TOGG”un yeni modeli ilə test sürüşü ETDİ
- Müğənni Albina Pyakşevanın sağ olduğu açıqlandı
“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.