AZ

Ronaldo “Real”ın oyunçusunun transfer edilməsini istədi

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Real”ın futbolçusu Rodriqo karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr” braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Saşa Tavoleri məlumat yayıb. Xəbərdə “Əl Nəsr”də çıxış edən Kriştiano Ronaldonun rəhbərliyə Rodriqonu transfer etməyi məsləhət gördüyü bildirilib.

Rodriqonun adı bundan başqa “Arsenal”la da hallanır.

24 yaşlı futbolçu başa çatan mövsümdə 53 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
35
futbolpress.az

10Mənbələr