sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç bu gün Azərbaycana gəlir. Sport24.az xəbər verir ki, serbiyalı mütəxəssis axşam saatların artıq Bakıda olacaq.
"Kimyaçılar"a yaxın mənbədən əldə etdiyimiz bilgiyə əsasən, onunla bir illik müqavilə imzalanacaq. İliç özü ilə bərabər iki köməkçi də gətirir. Ümumiyyətlə isə, serbiyalının məşqçilər korpusunda iki serbiyalı ilə yanaşı, Vurğun Hüseynov, Şahin Abdullayev və qapıçılar üzrə məşqçi Emil Balayev yer alacaq.
Qeyd edək ki, İliç Serbiyanın U-16, U-18 yığmalarında, eləcə də "Çukariçki", Bolqarıstanın MOİK (Sofiya) və Yunanıstanın "Atromitos" klublarında baş məşqçi kimi çalışıb. Onun son iş yeri isə Rusiya premyer Liqasında mübarizə aparan "Pari NN" olub. Serbiyalı mütəxəssis ötən ilin oktyabrında bu klubdan ayrılandan sonra işsiz qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.