"Yuventus" və "Bavariya"nın sabiq futbolçusu Duqlas Kosta "Neftçi"də çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, bu məlumatı dəqiqləşdirmək üçün "ağ-qaralar"ın Media üzrə koordinatoru Rüstəm Əfsərli ilə əlaqə saxladıq. O, yayılan xəbərlər barədə bunları deyib:

"Biz mətbuatda çox futbolçunun adının “Neftçi” ilə hallandığını görürük. Onların böyük hissəsi əslində, bizim transfer planımızda olmayan oyunçular olur. Bəzən isə həqiqətən də danışıqlar aparırıq. Hazırda transfer müddətidir. Baş məşqçimiz də dediyi kimi, danışıqlar davam edir. Bir neçə transfer gözlənilir. Ancaq indi konkret adlar çəkə bilməyəcəm. Proses yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, D. Kosta hazırda Avstraliyanın "Sidney" klubunda çıxış edir. O, daha öncə "Yuventus" və "Bavariya" kimi Avropa nəhənglərinin də formalarını geyinib.