EN

Kiyevin meri: Rusiyanın hücumları nəticəsində şəhərdə ölənlərin sayı iki nəfərə çatıb

Rusiya Silahlı Qüvvələrinin iyulun 4-də Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

“İki sahil” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkələrdə bildirib.

"Vəziyyəti ağır olan 25 yaşlı şəxs vəfat edib", - o vurğulayıb.

Paytaxt merinin sözlərinə görə, ilk həlak olan şəxsin meyitini xilasedicilər ötən gün şəhərin Svyatoşinski rayonunda zədələnmiş qeyri-yaşayış binasında aşkar ediblər.

Bundan əlavə, bu gün Xarkov vilayətinin Çuquyev şəhərinə kütləvi PUA zərbəsi nəticəsində 11 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Bildirilib ki, hücum nəticəsində binalar zədələnib.

Chosen
16
49
ikisahil.az

10Sources