AZ

Pakistanda yaşayış binası uçub: Azı altı nəfər həyatını itirib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Pakistanın cənubundakı Kəraçi şəhərində çoxmərtəbəli yaşayış binasının uçması nəticəsində azı altı nəfər həlak olub.

Oxu.Az "Arabnews"a istinadən xəbər verir ki, bununla bağlı Kəraçi şəhərinin polis bölməsindən məlumat verilib.

Bir çox sakinin hələ də dağıntılar altında qaldığı bildirilib, onların sayı barədə dəqiq məlumat yoxdur.

Yayılan görüntülərdə könüllülərin və xilasedicilərin sağ qalanları dağıntıların altından çıxarmağa çalışdıqları əks olunub.

Məlumatda, həmçinin bildirilir ki, 20 milyondan çox insanın yaşadığı Kəraçidə köhnəlmiş infrastruktur nəticəsində tez-tez belə halların yaşandığı qeyd olunur.

Pakistanda yaşayış binası uçub: Azı altı nəfər həyatını itirib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
50
oxu.az

10Mənbələr