Rusiyanın Kiyevə endirdiyi son kütləvi raket hücumları nəticəsində Polşa səfirliyinin konsulluq şöbəsinin binasına ziyan dəyib.
News24.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski rəsmi “X” (keçmiş Twitter) hesabında məlumat paylaşıb.
“Rusiyanın Kiyevə kütləvi hücumu zamanı səfirliyimizin konsulluq şöbəsinin binasına ziyan dəyib. Ukraynanın təcili olaraq hava hücumundan müdafiə resurslarına ehtiyacı var.”
Nazirin bu bəyanatı həm Rusiyanın mülki obyektlərə yönəlik hücumlarını, həm də Ukraynanın müdafiə ehtiyaclarını gündəmə gətirib.
Aqil