Rusiya Silahlı Qüvvələrinin iyulun 4-də Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkələrdə bildirib.
"Vəziyyəti ağır olan 25 yaşlı şəxs vəfat edib", - o vurğulayıb.
Paytaxt merinin sözlərinə görə, ilk həlak olan şəxsin meyitini xilasedicilər ötən gün şəhərin Svyatoşinski rayonunda zədələnmiş qeyri-yaşayış binasında aşkar ediblər.
Bundan əlavə, bu gün Xarkov vilayətinin Çuquyev şəhərinə kütləvi PUA zərbəsi nəticəsində 11 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.
Bildirilib ki, hücum nəticəsində binalar zədələnib.