ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Tanzaniyanın Zənzibar arxipelaqındakı Pemba adasında 400-dən çox delfin özünü sahilə atıb, onlardan yeddisi ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli Dəniz Mühafizəsi Departamentinin direktoru Makame Omar Makameyə istinadən "Xinhua" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, sahilə vurmuş digər delfinlərin sağ qalan hissəsi isə balıqçılar və mühafizəçilər tərəfindən dənizə qaytarılıb.
Mütəxəssislər bildirir ki, delfinlər naviqasiya üçün exolokasiyadan istifadə edir və suyun altındakı səs-küyə həssasdırlar. Hava şəraitinin dəyişməsi və ya sualtı maneələr delfin dəstələrinin istiqaməti itirməsinə səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.