AZ

Minlərlə Şimali Koreyalı şirkətlərə sızdı, ABŞ tədbir görür

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Məlum olub ki, Şimali Koreyalılar təkcə ABŞ-də deyil, digər ölkələrdə, xüsusən də Avropada saxta şəxsiyyətlərdən istifadə edərək uzaqdan işləyir və bununla da korporativ, hərbi sirrlərə çıxış əldə edirlər. ABŞ-də mövzu ilə bağlı iki ayrı ittihamnamə hazırlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prokurorları xəbərdarlıq edib ki, Şimali Koreyalılar beynəlxalq sanksiyalarla üzləşən Pxenyan hökumətini maliyyə resursları ilə təmin etmək üçün dünya üzrə şirkətlərə “sızırlar”.

Sayları minlərlə olan texnologiya işçilərinin saxta və ya oğurlanmış şəxsiyyətlərdən istifadə etdikləri, bəzilərinin şirkət sirlərini, bəzilərinin isə hərbi texnologiya sirlərini oğurladıqları bildirildi. “The New York Times” (NYT) qəzetindəki xəbərə görə, ABŞ federal prokurorları sanksiyalarla üzləşən Şimali Koreya hökumətinin “sonsuz ehtiyac duyulan gəliri təmin etmək üçün saxta və ya oğurlanmış şəxsiyyətlərlə kamuflyaj edilmiş uzaq texnologiya işçilərini ABŞ və başqa yerlərdəki şirkətlərə yerləşdirdiyini” açıqlayıb.

Massaçusets və Corciya ştatlarında məxfiliyi ləğv edilmiş iki ittihamnamədə Şimali Koreyanın bu “giriş”dən həm pul, həm də məlumat oğurlamaq üçün istifadə etdiyi aşkar edilib.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
34
icma.az

10Mənbələr