Şimali Koreyada naməlum kişi iki Koreyanı ayıran güclü möhkəmləndirilmiş quru sərhədini keçib. O hazırda Cənubi Koreyada həbsdədir.
Herbiand.az bildirir ki, bu barədə NBC News xəbər verir.
Cənubi Koreyanın qərargah rəisləri komitəsi bildirib ki, hərbçilər hərbi demarkasiya xəttinin mərkəzi-qərb hissəsi yaxınlığında həmin şəxsi müəyyənləşdirib izləyiblər. Sonra onu nəzarətə götürməzdən əvvəl “rəhbər əməliyyatı” keçiriblər.
Açıqlamaya görə, hökümət sərhəd keçidini araşdırmağı planlaşdırır. Onların insidenti fərarilik cəhdi kimi baxıb-baxmadıqları məlum deyil.
Bəxtiyar CƏFƏRLİ