İspaniya millisinin üzvü Niko Uilyams "Atletik" klubu ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, o, 2035-ci ilə qədər Bilbao təmsilçisinə məxsus olacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əvvəlki müqavilənin müddəti 2027-ci ildə başa çatacaqdı.
Onu transfer etmək istəyən klub “Atletik”ə 116 milyon avro ödəməli olacaq.
Ötən mövsüm Niko müxtəlif turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi