EN

Ən az maaşı polislər alır Aqil Abbas

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaşı da polislər alır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, postsovet məkanında ölkənin təhlükəsizliyinin formalaşdırılmasında ən fəal iştirak edən Azərbaycan polisidir: “Onların sosial şəraiti gücləndirilməlidir. Biz gecə rahat yatırıqsa, bizi qoruyan polislərin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər. 62 polisə Milli Qəhrəman adı verilib. Mən çox arzulayıram ki, polislərin maaşı artırılsın”./APA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
12
lent.az

10Sources