AZ

Erkən yaşda uşaqların repititor yanına göndərilməsi nə dərəcə effektivdir?

Uşaqların təhsilinə verilən önəm getdikcə artır. Valideynlər və müəllimlər uşaqların erkən yaşda keyfiyyətli bilik əldə etmələri üçün müxtəlif yollar axtarırlar. Bu yollardan biri də uşaqların erkən yaşda repetitor yanına qoyulmasıdır.

 Lakin bu məsələnin mənfi tərəfləri diqqəti çəkir.

Erkən yaşda uşaqların repititor yanına göndərilməsi nə dərəcə effektivdir?

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Operativ Media-ya açıqlama verib.

Ekspert bildirir ki, erkən yaşda uşaqların repititor yanına göndərilməsi çox vaxt müsbət nəticə vermir:

“Ümumiyyətlə repititorluq məktəbin tərkib hissəsi deyil. Çünki məktəbin verə bilməyəcəyi və DİM-in tələb etdiyi hissələri təmin etmək üçün yaradılmış bir dərs yüküdür.

Son illər valideynlər övladlarının təhsil hüquqlarını təmin etmək üçün onları çox erkən yaşda repititor yanına göndərillər.

Lakin bu yanaşma bir çox hallarda gözlənən effekti vermir. Əksinə uşağın psixoloji durumu və akademik performansına mənfi təsir göstərə bilər.

Bu mənada tədris yükünün artması, əlavə olaraq uşaqların az yaşlı dövrlərdə əsas ehtiyac duyduğu istirahət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu uşaqların emosialarının azalmasına, dərslərinə laqeyd yanaşmaya səbəb ola bilər.

Uşaqlarda erkən yaşlarda stress, başağrısı, özünə güvənməmək kimi problemlər yarana bilər. Bu cür yorğunluq prosesində isə öyrənmə daha da çətinləşə bilər. Nəticədə yüksək gözləntilərə baxmayaraq, nəticələr qənaətbəxş olmur.

Cəmiyyət elə düşünür ki, sən 10 il repititor yanına getmisənsə sən daha çox bal yığmalısan. Bu yanlış düşüncədir. Ümumiyyətlə necə öyrənmək yox, neyi öyrənmək vacibdir. Öyrəndiyin sənin üçün nə qədər faydalıdır. Bu məsələlər diqqətdən qaçınmamalıdır”.

Seçilən
33
16
operativmedia.az

10Mənbələr