Ajans.az xəbər verir ki, müzakirə zamanı Milli Məclisin sədri Sahibə Qafarova deputat Aqil Abbasa irad tutub. Belə ki, Aqil Abbas çıxışında deyib ki, o vaxt – keçmişdə pambıq, üzüm yığırdılar. Kolxoz sədrləri, təsərrüfat rəhbərləri evlərini 4-5 ay görə bilmirdilər – səhər saat 5-də gedib gecə saat 2-də gəlirdilər. Belə bir zarafat var idi: Oğlu görüb ki, yataq otağından bir kişi çıxdı. Arxadan bunu vurur ki, "sən kimsən, mənim anamın yataq otağından çıxırsan?”. O da qayıdıb oğluna cavab verir ki, "mən sənin atanam". Yəni o qədər üzünü görmür ki, elə bilir kənar adamdır. Milli Məclisin sədri Sahibə Qafarova isə Aqil Abbasın bu zarafatının polisə yaraşmadığını bildirib.