EN

“Şamaxı” “İmişli” ilə yoxlama oyunu keçirəcək

Yeni mövsümün hazırlığına iyulun 5-də Qəbələdə start verəcək “Şamaxı”nın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda toplanış zamanı “İmişli” ilə üz-üzə gələcək. Bu komandalar arasındakı görüş avqustun 9-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Xatırladaq ki, “Şamaxı” daha öncə “Qəbələ” (14 iyul), “Karvan” (21 iyul) və “Kəpəz”lə (26 iyul) də yoxlama oyununda üz-üzə gələcəyini açıqlamışdı.

Chosen
10
8
arena.az

10Sources