BAKI, 3 iyul. TELEQRAF
Bütün ermənilərin katolikosu II Qaregin dərhal istefa verməlidir.
Teleqraf xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“2020-21-ci illərdə Ktriç Nersisyan (II Qaregin) hakimiyyəti istefaya çağırıb. Bundan sonra beynəlxalq ictimaiyyət tərəfindən azad, demokratik və rəqabətli kimi qiymətləndirilən növbədənkənar parlament seçkilərində xalq hakim komandaya etimad səsi verdi. Bu həm də xalqın Ali Patriarxlığı işğal edənlərə inamsızlığı demək idi.
2025-ci ilin iyun ayında Eçmiədzin kilsəsinin zəngləri toplaşmaq çağırışı ilə çalındı. Orada olan ruhanilər və vətəndaşların sayı 1500 nəfəri ötmədi. Digər arqument isə Ktriç Nersisyanın dərhal kafedralı boşaltması ilə bağlıdır. Başqa variant yoxdur”.